Baş səhifə | Qeydiyyat | Giriş | RSSBazar, 28.04.2024, 22:14

mekteblisey.ucoz.com

aze
Giriş
Saytın menyusu
Sorğumuz
Оцените мой сайт
Всего ответов: 119
Statistika

Cəmi on-line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2011 » Avqust » 3 » Ramazan - 11 ayın sultanı
09:59
Ramazan - 11 ayın sultanı

         Ramazan mərhəmət, itaət və ən ülvi arzular ayıdır. Müsəlmanın maddilikdən və şəhvətdən uzaqlaşıb ali ideyalar aləminə, mələk həyatına qovuşmaq istəyinin coşduğu aydır. Ramazan müsəlmana bütün bəşər qarşısında əbəs yemək, yatmaq, şənlənmək, əylənmək üçün xəlq edilmədiyini, əksinə, ibadət etmək, öz ruhunu ülviləşdirmək, Qurani-Kərimin bəxş etdiyi hidayətə qovuşmaq üçün dünyaya gəldiyini sübut etmək imkanı verir. Orucluq ibadəti öz ictimai xarakteri etibarı ilə müsəlmanı 30 günlük Ramazan sınağından mübariz və ülvi bir ruh, güclü iradə, sonsuz insani şüur sahibi və sonsuz qüvvətə malik təvazökar bir şəxs kimi çıxdığını göstərir. Ona bir aylıq çətinlikdən sonra yeni həyat, bütün zərərli, artıq ünsürlərdən təmizlənmiş sağlam bədən bəxş edir. Əziz müsəlmanlar, biz insanlara haqq yolunu göstərən Qurani Kərimin, hüda yolunu işıqlandıran müqəddəs ayalərin nazil olduğu Ramazan ayında təqva (ALLAHdan qorxmaq, möminlik) və iman himayəsinə sığınaraq kəramət və əzəmətlə dolu bir şəraitdə, bu möhtəşəm ayda onun xeyirlə dolu nemətləri içində bizim nəfsini maddiliyin ağır yükündən xilas edən, bizi mələklər cərgəsinə yüksəldən, mənəvi rahatlıq bəxş edən bir ruhi ibadətlə məşğul oluruq. Onunla bizim ruhumuz rahatlıq tapır, hissiyyat üçün əl çatmaz üfüqlərə yüksəlmək istəyi ilə alovlanır onunla zəiflik, yalançı xəyallar və şəhvət hisslərinə üstün gəlir. Ramazanda hər birimiz daha da dinimzə bağlanırıq. Ətrafımızda olan insanların daha anlayışlı, daha sakit olmağı bizi çaşdırmır. Könülərin yumuşalıdığı, rəhmət pəncərələrinin bir-bir açıldığı gecələr, günlər və anlar biri- birini izləyir. Ramazanını hər günü və hər anı rəhmət, məğfirət və salamatlıqdır.
       Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: -"Ramazan ayı girəndə cənnət qapıları açılır, cəhənnəm qapıları bağlanır. Şeytanlar zəncirə vururlur.”
-"Oruclunun susması təsbeh (zikr), yuxusu ibadət, duası məqbul, əməli də çox müstəhəbdir."
-"ALLAHu Təala buyurur: "İnsanın oruc xaric bütün yaxşı əməlləri özü üçündür; amma oruc mənim üçündür və mən mükafatını verəcəyəm." On bir ayın sultanı olan Ramazan ayı münasibəti ilə bütün dostları təbrik edirik. Uca ALLAH hər kəsin ibadətini, istəyini və dualarını qəbul etsin!
Просмотров: 572 | Добавил: Mekteb-Lisey | Рейтинг: 5.0/1
Всего комментариев: 3
3 BILENLER BILIR  
0
salam

2 Renat  
0
Heqiqeten onbir ayin sultanidir!!!

1 AYSEL  
1
Insallah bu muqeddes ayda her kesin dualari qebul olar.AMIN!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Təqvim
«  Avqust 2011  »
B. e.Ç. a.Ç.C. a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtarış
Yazı arxivi
Saytın dostları
  • Veb-usta üçün hər şey
  • Hamı üçün proqramlar
  • Əyləncə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya

  • Copyright MyCorp © 2024
    Создать бесплатный сайт с uCoz