Türkan xanım dindar bir ailədə böyümüşdü. Anası hər fürsətdə ona və qardaşlarına namaz qılmalarını söyləyər, hətta əsəbləşərək onlara xəbərdarlıq edərdi. Türkan xanım namazın qılınması lazım olduğuna inanır, amma yenə də qılmazdı, çünki qılmaq nəfsinə çətin gəlirdi. Bəzən başlayır, sonra tərk edərdi. Evləndi və uşaqları oldu. Anası hər gəldiyində eyni şəkildə namaz qılmaları üçün xəbərdarlıq etməyi davam etdirir, o da təkidlə qılmamağa davam edirdi. Çox istəməsinə baxmayaraq heç cür nəfsinə qalib gələ bilmirdi. Bir gün yoldaşları onlara qonaq gəldi. Onlardan biri anasını da gətirmişdi. Xala elə şirin danışırdı ki, onu dinləyən saatlar keçsə usanmazdı. Xala bir ara namaz mövzusuna toxundu. O izah edərkən, Tür
... ardını oxu »