Baş səhifə | Qeydiyyat | Giriş | RSSŞənbə, 27.04.2024, 16:56

mekteblisey.ucoz.com

aze
Giriş
Saytın menyusu
Sorğumuz
Оцените мой сайт
Всего ответов: 119
Statistika

Cəmi on-line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2010 » Dekabr » 17 » NATO

23:13
NATO
NATO - sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.
1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsi imzalandı. Bununla da müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan NATO yaradıldı. Əsasən ABŞ-ın iştirakı ilə Avropa ölkələrindən təşkil olunan bu blok ötən müddət ərzində fəaliyyətini şərqə doğru genişləndirib. Belə ki, Polşa, Macarıstan, Çexiya, Bolqarıstan, Rumınya, Slovakiya, Sloveniya ,Albaniya, Xorvatiya və Baltik ölkələrini tərkibinə alıb. Qeyd edək ki,hazırda mənzil qərargahı Brüsseldə yerləşən alyansa 26 ölkə daxildir. Lakin onun başlanğıc mənbəyi daha əvvəllərə gedib çıxır. Həmin ərəfədə Avropa ölkələrinə Sovet İttifaqı və kommunizmdən qorunmaq üçün ABŞ-ın təhlükəsizlik zəmanəti lazım idi. Sovet İttifaqının Qərbi Avropanı işğal etməsinə qarşı ABŞ-dan müdafiə təminatının alınması Vaşinqton sazişinin 5-ci maddəsində öz əksini tapıb. Bu, hər hansı NATO üzvi olan ölkəyə hücum olunardısa, bütün alyans üzvlərinin köməyə gələcəyi ilə bağlı bir müddia idi.
Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub. Bu, Azərbaycanla hərbi ittifaq arasında əlaqələrin inkişafının mühüm göstəriciləridir. Ölkəmiz 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində fəal iştirak edir.
NATO-nun 28 üzvü var - Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Xorvatiya və Yunanıstandır.
Просмотров: 528 | Добавил: Disappearingman | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Təqvim
«  Dekabr 2010  »
B. e.Ç. a.Ç.C. a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Yazı arxivi
Saytın dostları
  • Veb-usta üçün hər şey
  • Hamı üçün proqramlar
  • Əyləncə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya

  • Copyright MyCorp © 2024
    Создать бесплатный сайт с uCoz