Allah-Təala dünyanı 6 gün ərzində yaratmışdır...
Birinci gün - Bazar günü, axırıncı gün isə Cümə olmuşdur...
Birinci gün Allah-Təala göyü yaradıb,ikinci gün (bazar ertəsi) Günəşi, Ayı, Ulduzları ve Küləyi, xeyir-dua günündə suda-quruda ve göyün yeddi qatında yaşayan canlı məxluqları, məleykələri xəlq edib ve havanı yaradıb. Dördüncü gün O, suyu yaradıb ve bütün canlı məxluqları ruzi təyin edib, həmin gündən çaylar axmağa başlayıb...Beşinci gün (cümə ertəsi) Allah-Təala Cənnəti yaradıb ve Huriləri xəlq edib...Cüme günü Adəm (s.a.s) ve Həvvanı xəlq edib, həmin gün bütün məleykələr Adəmin (s.a.s) qarşısında baş əyib...Deməli, şənbə günü gündəlik görülən bütün şeylər başa çatmış, şənbə günü yeni bir şey yaranmamış, aləmdə nə nizamsızlıq, nə də ki, qurub yaratmaq olmuşdur !!! Allah-Təala böyükdür, əzmlidir, hər şeyə qadirdir!!!.... O, dünyanı bir günün, bir saatın içində, hətta daha tez, bir anda da yarada bilərdi... Dünya Onun iradəsi ilə 6 günün ərzində məhz o məqsədlə yaradılıb ki, zəif məxluq olan insanlar hər hansı bir işi görməkdə tələsməsinlər... Peyğəmbərimiz(s. a. s.) bu barədə çox gözəl deyib : "Tələsmək şeytan işidir, ağıl ve kamalla hərəkət etmək rəhmli Allahın buyruğudur."
|