Baş səhifə | Qeydiyyat | Giriş | RSSCümə axşamı, 25.04.2024, 13:31

mekteblisey.ucoz.com

aze
Giriş
Saytın menyusu
Sorğumuz
Оцените мой сайт
Всего ответов: 119
Statistika

Cəmi on-line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2011 » May » 26 » 28 may - Azərbaycanın istiqlal günü
22:54
28 may - Azərbaycanın istiqlal günü

Istiqlalınız
mübarək, dostlar!!!



28 may 1918 ci il  - Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin sonunda yenidən bərpa olundu. 1918–ci ilin may aynının 28–də Azərbaycan Milli Şurası istiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir. 
ADR Türk və İslam dünyasında ilk Parlamentli Respublika ve ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyuk naaliyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın - kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək bugün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bilmədiyi demokratik şəraiti 93 il bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir. 
ADR - i rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur: 1918-ci il 4 iyun. 
Azərbaycan Demokratik Respublikası gərgin ve mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq istiqlal ideyası yenilməyib və M. Ə. Rəsulzadənin "BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
 

 
 Hamınızı qarşıdan gələn 28 may Respublika günü münasibəti ilə təbrik edirik. Uğur, yüksəliş, sülh, əmin - amanlıq başımızdan əksik olmasın!!! 

                                                                                                                                                                                                                                      2 saylı məktəb-lisey

  
Просмотров: 855 | Добавил: Mekteb-Lisey | Рейтинг: 0.0/0
Всего комментариев: 2
2 Renat  
0
Mənde vetenperverleri,vetensevenleri tebrik edirem!

1 Sahib Rüstəmli  
1
Bütün vətənsevərləri təbrik edir, onlara dahi M.Ə.Rəsulzadənin qurduğu kimi dövlətdə yaşamağı arzu edirəm!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Təqvim
«  May 2011  »
B. e.Ç. a.Ç.C. a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Yazı arxivi
Saytın dostları
  • Veb-usta üçün hər şey
  • Hamı üçün proqramlar
  • Əyləncə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya

  • Copyright MyCorp © 2024
    Создать бесплатный сайт с uCoz